İŞİD-in əsas maliyyəçisi öldürüldü

İŞİD-in əsas maliyyəçisi öldürüldü
21:29 23 İyun 2017
54 Digər
Ölkə mətbuatı
A- A+

Suriyada ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya tərəfindən İŞİD terror qruplaşmasının əsas maliyyəçilərindən biri Favvaz Məhəmməd Cübeyr ər-Raui məhv edilib.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə koalisiya qüvvələri komandanlığının bəyanatında bildirilir.

 

Məlumata əsasən, terrorçuları dəstəkləyən şəxs iyunun 16-da hava zərbəsi nəticəsində öldürülüb. Onun terror aktlarının törədilməsi üçün  milyonlarla dollar pul köçürdüyü, terrorçuların vəsaitlərinin digər ölkələrə ötürdüyü, xaricdən pul aldığı bildirilir.

 

 

Qeyd edək ki, 2016-cı ilin dekabrında ABŞ Maliyyə nazirliyi  ər-Rauiyə qarşı sanksiya tətbiq etmişdi.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/277731

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR