Avropa çempionatı:

Ukraynada keçirilən kişi boksçuların Avropa çempionatında mübarizə davam edir.

Metbuat.az-ın məlumatına görə, 75 kq çəki dərəcəsində mübarizə aparan Azərbaycan təmsilçisi Kamran Şahsuvarlı bu gün yarımfinal döyüşünə çıxıb.

Boksçumuz macar rəqibi Adam Harcı məğlub edərək adını finala yazdırıb.

Qeyd edək ki, Kamran Şahsuvarlı Avropa çempionatının finalında ukraynalı Aleksandr Xijnyakla qarşılaşacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR