Avtomobil qaçıran yeniyetmələr qəzaya düşüb

Avtomobil qaçıran yeniyetmələr qəzaya düşüb
13:59 24 İyun 2017
48 Digər
Ölkə mətbuatı
A- A+

Avtomobili qaçıran yeniyetmələr qəzaya düşüb.

 

Lent.az-ın Daxili İşlər Nazirliyinin ( DİN ) saytına istinadən məlumatına görə, iyunun 23-də paytaxtın Nizami rayonu B.Nuriyev küçəsindən Bakı şəhər sakini Aqil İbayevə məxsus "Mercedes" markalı avtomobil qaçırılıb və Naxçıvanski küçəsində idarə edilərkən yol ayırıcısına vurulub.

Hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakinləri olan 2 yeniyetmə aldıqları xəsarətlə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Nizami RPİ tərəfindən araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/277755

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR