Konfederasiyalar Kuboku: Portuqaliya və Meksika yığmaları yarımfinala yüksəlib

Konfederasiyalar Kuboku: Portuqaliya və Meksika yığmaları yarımfinala yüksəlib
20:57 24 İyun 2017
52 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 24 iyun. REPORT.AZ/ Rusiyada keçirilən Konfederasiyalar Kubokunda bu gün III tura start verilib. "Report"un məlumatına görə, turun ilk ilk oyun günündə A qrupunun qarşılaşmaları baş tutub.
Kazanda Meksika Rusiya ilə götüşdə məğlub duruma düşdüyü halda, hesabı öz xeyrinə dəyişməyi bacarıb - 2:1. Üstəlik, qonşu ölkə komandası 68-ci dəqiqədə Yuri Jirkovun qırmızı vərəqə almasından sonra azlıqda qalıb. Sankt Peterburqda son Avropa çempionu Portuqaliya isə qrupda qalacağı dəqiqləşən Yeni Zelandiyanı darmadağın edib - 4:0.
Beləliklə, hərəyə 7 xal toplayan Portuqaliya və Meksika yığmaları qrupda ilk 2 yerin sahibləri kimi yarımfinala yüksəliblər. 3 xalı olan Rusiya ilə xalsız Yeni Zelandiya isə qrupda qalıb.
Konfederasiyalar Kuboku
24 iyun
A qrupu, III tur
19:00. Meksika - Rusiya - 2:1
Qollar: Nestor Araujo, 30. Hirvinq Lozano, 52 - Aleksandr Səmədov, 25
Qırmızı vərəqə: Yuri Jirkov, 68 (Rusiya)
Baş hakim: Fahad əl-Mirdasi (Səudiyyə Ərəbistanı)
"Kazan Arena"
19:00. Yeni Zelandiya - Portuqaliya - 0:4
Qollar: Kriştianu Ronaldu, 33. Bernardo Silva, 37. Andre Silva, 80. Luiş Nani, 90+1
Baş hakim: Mark Geyger (ABŞ)
"Sankt Peterburq Arena"
Xal durumu: Portuqaliya - 7, Meksika - 7, Rusiya - 3, Yeni Zelandiya - 0. 

Xəbərin orijinal ünvanı: https://report.az/dc-2018/konfederasiyalar-kuboku-portuqaliya-ve-meksika-yigmalari-yarimfinala-yukselib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR