"Fənərbaxça"dan transfer açıqlaması

"Fənərbaxça"dan transfer açıqlaması
09:57 26 İyun 2017
77 İdman
Ölkə mətbuatı
A- A+

"Fənərbaxça" Zlatan İbrahimoviçlə bağlı açıqlama yayıb. Fanat.Az xəbər verir ki, İstanbul klubu isveçli ulduzun transfer olunacağı ilə bağlı xəbərləri təkzib edib.


Klubun rəsmi saytında yerləşdirilən açıqlamada deyilir: "Dünən və bu gün "Fanatik" qəzetinin manşetində yer alan "1 deyil, 5 forma alırım" və "Fənərbaxça"da tarixi əməliyyat" başlıqlı, Zlatan İbrahimoviçlə klubumuzun maraqlanmasına dair xəbərlər yalandır. "Fanatik" qəzeti bu xəbərlərlə adətən "özü çalıb, özü oynamaqda" və ictimaiyyət arasında yalnış gözləntilər yaratmaqla məşğuldur. Bununla birlikdə "Fanatik" qəzeti belə bir transferi qarşılayacaq maddi qaynağa sahibdisə, adıçəkilən oyunçunu transfer edə bilərlər".


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotfnrbaxcaquotdan-transfer-acqlamas-t58910.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR