Heydər Əliyev Mərkəzinin parkında taekvondo dərsi olub

Heydər Əliyev Mərkəzinin parkında taekvondo dərsi olub
14:36 26 İyun 2017
30 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Heydər Əliyev Mərkəzinin parkında bu həftəsonu açıq havada növbəti idman dərsi təşkil edilib.

Trend-in məlumatına görə, budəfəki dərs taekvondo üzrə olub.

Dərsi taekvondo üzrə 2 dəfə Avropa çempionu, Dünya Kubokunun bürünc mükafatçısı, 14 dəfə respublika çempionu, 25 dəfə beynəlxalq turnirlərin qızıl mükafatçısı, Əməkdar İdman Ustası İlkin Şahbazov aparıb.

5-16 yaş arasında uşaq və yeniyetmələrin qoşulduğu dərs master-klass formatında 1 saatdan artıq davam edib, iştirakçılara müxtəlif tövsiyyələr verilib.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2770956.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR