"Putinin fanatıyam" -

Futbol tarixinin ən önəmli simalarından Dieqo Maradona Rusiya prezidenti Vladimir Putinin fanatı olduğunu deyib.

Metbuat.az-ın məlumatına görə, argentinalı futbol əfsanəsi Putinin onu Dünya çempionatı münasibətilə Rusiyaya dəvət etdiyini bildirib:

"Putinlə görüşümüz olacaq. Özü məni dəvət edib. DÇ-2018 üçün nəsə etməyimi istəyir.

Putinin fanatıyam, onu çox istəyirəm. Hər şey ola bilər. İki ay əvvəl danışmışıq. Ancaq onunla görüşmək, şəxsi zəmində danışmaq daha önəmlidir".

Qeyd edək ki, gələn il 14 iyun-15 iyul tarixlərində Rusiya Dünya çempionatına ev sahibliyi edəcək. Oyunlar Moskva, Sankt-Peterburq, Kalininqrad, Volqoqrad, Kazan, Nijni Novqorod, Samara, Saransk, Rostov-na-Don, Soçi və Yekaterinburqda keçiriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR