Rusiya və ABŞ razılığa gəldi

Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ dövlət katibi Reks Tillersonu Suriya ordusuna qarşı təxribatların qarşısının alınmasında dəstək nümayiş etdirməyə çağırıb.

Metbuat.az xəbər verir ki, rəsmilərin telefon danışığı ABŞ dövlət katibinin təşəbbüsü ilə baş tutub.

Danışıq zamanı Lavrov Tillersonu terrorçulara qarşı mübarizə aparan Suriya ordusuna lazımi yardımın göstərilməsinə çağırıb.

Tərəflər Suriyada atəşkəsin Astana danışıqları çərçivəsində qorunması, terrorçu qruplaşmalara qarşı mübarizənin gücləndirilməsi, kimyəvi silahlardan istifadənin qarşısının alınması istiqamətində əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi aparıb.

Moskva ABŞ-ı Suriya ordusunu vurmamağa çağırıb

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR