Bakıda 37 yaşlı şəxs qonşusu tərəfindən bıçaqlandı

Bakıda 37 yaşlı şəxs qonşusu tərəfindən bıçaqlandı
14:57 28 İyun 2017
24 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Milli.Az report.az-a istinadən bildirir ki, hadisə Sabunçu rayonu, Balaxanı qəsəbəsi, "Quşçuluq ferması" adlanan ərazidə qeydə alınıb.

Belə ki, həmin ərazidə 37 yaşlı Süleyman İsfəndiyar oğlu Rüstəmov mübahisə zəminində hər iki ayağından bir neçə bıçaq xəsarəti alıb. O, daha sonra xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Qeyd edək ki, S.Rüstəmovun yaxınları onun qonşusu ilə mübahisə etdiyini bildiriblər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/criminal/558292.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR