Sabirabad və Tovuz polisi xeyli narkotik bitki məhv edib

Sabirabad və Tovuz polisi xeyli narkotik bitki məhv edib
17:44 28 İyun 2017
43 Digər
Ölkə mətbuatı
A- A+

Sabirabad rayonunun Qaratəpə kənd sakini Səbuhi Rüstəmova məxsus həyətyanı sahədən xeyli sayda narkotik bitki aşkar edilib. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, Sabirabad RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri ilə kultivasiya yolu ilə yetişdirilən 1 ədəd çətənə kolu, evindən isə 3 kiloqram 125 qram marixuana aşkar edilərək götürülüb.

 

Habelə, Tovuz RPŞ əməkdaşları tərəfindən Əyyublu kəndi ərazisində yabanı halda bitən, ümumi çəkisi 635 kiloqram olan 2286 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/277967

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR