Polşa Cənubi Qafqazda fəal siyasətə qayıdır

Polşa Cənubi Qafqazda fəal siyasətə qayıdır
22:38 28 İyun 2017
47 Digər
Ölkə mətbuatı
A- A+

Polşa Prezidenti Dəftərxanasında nazir Kşiştof Şerski Azərbaycan Prezidenti İlham Əliyevin Polşaya səfərinin yekunları ilə əlaqədar jurnalistlərlə söhbətində bildirib ki, Azərbaycan dövlətinin başçısının ilk səfəri 2008-ci ildə baş tutub.

O deyib: “Biz bu səfəri Polşanın Cənubi Qafqazda fəal siyasətə qayıdışı kimi qəbul edirik. Bu yaxınlarda Prezident Gürcüstanda səfərdə olub. Azərbaycan regionun ikinci ölkəsidir ki, onunla dövlət səviyyəsində danışıqlar aparılır. Bu, Polşanın onun üçün ənənəvi olan xarici siyasət sahəsinə qayıtması, yəni Polşa diplomatiyasının Cənubi Qafqaz regionunda geniş fəaliyyət göstərməsi üçün lazımdır”. (Azərtac)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/204241.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR