SOCAR əməkdaşlarını daşıyan qayıq qəzaya düşdü - 5 yaralı

SOCAR əməkdaşlarını daşıyan qayıq qəzaya düşdü - 5 yaralı
22:54 28 İyun 2017
27 Digər
Ölkə mətbuatı
A- A+

İyunun 28-də saat 13.50 radələrində Geofizika və Geologiya İdarəsinin əməkdaşları “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “Arya 141” qayığı ilə N.Nərimanov adına NQÇİ-nin ərazisində seysmik kəşfiyyat işləri apararkən qayıq idarəetməni itirmiş 34 saylı meydançanın ayağına toxunub.

 

APA-nın Socar-ın saytına istinadən verdiyi xəbərə görə,  nəticədə qayıqda olan 7 nəfərdən 5-i müxtəlif dərəcəli bədən xəsarətləri alıb və təcili tibbi yardım maşınları ilə 1 saylı şəhər xəstəxanasına çatdırılıb.

 

Hadisənin baş vermə səbəbləri araşdırılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/277982

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR