Ana və oğlu qəzada öldü

Ana və oğlu qəzada öldü
09:14 29 İyun 2017
44 Digər
Ölkə mətbuatı
A- A+

Masallıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

 

APA-nın cənub bürosunun məlumatına görə, “Shagman” markalı yük avtomobili ilə “VAZ” markalı minik avtomobili toqquşub. Nəticədə “VAZ”ın sürücüsü, Masallı rayon sakini, 1989-cu il təvəllüdlü Elmin Bayramov, onun anası, 1960-cı il təvəllüdlü Reyhanə Bayramova aldıqları xəsarətdən ölüblər. B. Bayramovun qardaşı, 1991-ci il təvəllüdlü Mahir Bayramov, yük avtomobilində olan Beyləqan rayon sakinləri, 1980-ci il təvəllüdlü Mehdi Hüseynov və Bəhruz Qafarov isə ağır xəsarət alıblar.

 

 

Xəstəxanaya aparılan şəxslərin vəziyyəti ağır qiymətləndirilir.

 

Fakt araşdırılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/277997

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR