Şimon Lankri: "...şəxsən mənə çox təsir etdi"

Şimon Lankri: "...şəxsən mənə çox təsir etdi"
14:59 29 İyun 2017
40 Digər
Ölkə mətbuatı
A- A+

“Azərbaycan Respublikası dünyəvi dövlət və İslam dünyasının tərəqqisinin mayakıdır. Mən dəfələrlə təkrar etmişəm ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində mən Azərbaycan xalqının tərəfindəyəm. Bu münaqişədə baş verən son hadisələr bir daha sübut etdi ki, Azərbaycan qeyri-müəyyən status-kvoya dözməyəcək və buna görə Azərbaycanın mövqeyini ədalətli, beynəlxalq hüququn normalarına uyğun hesab edirəm”.
 
Lent.az-ın ASAN Radio-ya istinadən məlumatına görə, bunu İsrailin Akko şəhərinin meri Şimon Lankri Azərbaycanın tanınmış jurnalisti, ASAN Radionun direktoru Emin Musavi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin icraçı direktoru, beynəlxalq münasibətlər eksperti Arye Gut, həmçinin Azərbaycan dağ yəhudiləri icmasının rəhbəri Şirin Nexemiya Mixaeli ilə görüşü zamanı bəyan edib.
 
“Biz, israillilər, müharibə və terrorun nə olduğunu sözdə deyil, reallıqda çox gözəl bilirik. Bir neçə il əvvəl, “Justice for Khojaly” beynəlxalq kampaniyanın çərçivəsində, Heydər Əliyev Fondunun dəstəyi ilə rəhbərlik etdiyim şəhərdə ən yüksək səviyyədə, Azərbaycanın Xocalı şəhərində törədilmiş qanlı faciəyə həsr olunan səyyar sənədli fotosərgi keçirildi. Ermənilərin azərbaycan xalqına qarşı həyata keçirdikləri vəhşiliklər və vandalizmdən bəhs edən bu fotosərgi şəxsən mənə çox təsir etdi. Mən çox ümid edir və inanıram ki, işğal olunmuş azərbaycan əraziləri tezliklə azad ediləcək və azərbaycanlı məcburi köçkünlər doğma ocaqlarına qayıdacaqlar”, - deyə Şumon Lankri qeyd edib. Akko şəhərinin meri deyib ki, iki il əvvəl Azərbaycana səfəri zamanı Azərbaycan xalqının istiqanlılığının, qonaqpərvərliyinin, Azərbaycanda tolerantlıq və multikulturalizmin əyani şahidi oldum. “Məhz Azərbaycandan çıxan insanlar, həmçinin yaxın dostlarım Şirin Nexemiya Mixaeli və Arye Gut mənim üzümə Azərbaycan adlı ölkəni açdılar. Onlar həmişə fəxrlə deyirlər ki, Azərbaycanda heç vaxt antisemitizm olmayıb və bu ölkədə yəhudilər heç vaxt özlərini əcnəbi kimi hiss etməyiblər. Ölkənizə gələrək yəhudilərə bu cür istiqanlı və səmimi münasibəti gördükdən sonra mən ruhlandım və fəxr edirəm ki, Azərbaycanın dostuyam.”Akko şəhərinin meri Şimon Lankri bildirib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanacağına ümid edir. “İsrail Dövləti dəfələrlə bəyan edib ki, Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşır və mən bu mövqeni bölüşürəm. Bu gün İsrail Dövləti və Akko şəhərinin meriyası Azərbaycan və Azərbaycan xalqı ilə birlikdədir”, - deyə Şimon Lankri öz fikirlərini tamamlayıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/278030

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR