“Terrorçuları qəhrəman elan edib, heykəl ucladırlar” – Millət vəkili

“Terrorçuları qəhrəman elan edib, heykəl ucladırlar” – Millət vəkili
16:39 29 İyun 2017
38 Digər
Ölkə mətbuatı
A- A+

“Avropa Şurasına üzv ölkələrin hamısında insanlar terror hadisələrinin artmasından son dərəcə rahatsızdır və artıq heç kim özünü təhlükəsiz, güvəndə hiss etmir”.

Lent.az-ın məlumatına görə, bunu millət vəkili Qənirə Paşayeva AŞPA-da çıxışı zamanı deyib.

Q.Paşayeva bildirib ki, Avropa, Avropa Şurası və AŞPA terrorizmə qarşı mübarizədə ikili standartlara yol verməkdən əl çəkilməlidir: “Etnik və dini ayrım etmədən terrora qarşı sərt mübarizə aparılmalıdır".

 

Azərbaycanda ermənilər tərəfindən törədilən terror hadisələrinə toxunan millət vəkili deyib ki,  bu terror hadisələrini planlayanlar Ermənistan tərəfindən himayə edildi: “Məsələn, Asala terror təşkilatı liderlərindən Monte Melkonyan Azərbaycan torpaqlarının işğalında fəal rol oynadı. Amma Ermənistan sivil insanları qətl edən bu terror liderini Milli Qəhrəman elan etdi və ona abidə ucaltdılar. Təəssüf ki, bununla bağlı bizim səsimiz Avropa ölkələrində duyulmadı və biz terrorla mübarizədə sizdən yetərli dəstəyi ala bilmədik.

Biz Avropa ölkələrindən də bizə qarşı törədilən terror hücumlarında  eyni münasibəti ortaya qoymasını gözləyirik və bu bizim haqlı tələbimizdir. Avropanın Azərbaycana qarşı göstərdiyi ikili standartları Türkiyəyə qarşı da göstərməsini üzülərək izləyirik.

Bu gün Türkiyə bir çox terror təşkilatlarına qarşı ciddi şəkildə mübarizə aparır. Təəssüf ki, bəzi Avropa ölkələri nəinki terrorla mübarizədə Türkiyəyə dəstək vermir, eyni zamanda Türkiyənin mübarizə etdiyi terror təşkilatlarına dəstək verənlərə dəstək göstərir. Buna son verilməlidir. Assambleyamızı və üzv ölkələri terrorla mübarizədə Türkiyəyə daha çox dəstək verməyə çağırırıq”.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/278034

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR