Dəfnə yarpağı çayının faydaları

Dəfnə yarpağı yeməklərdə, otaqdakı havanı təmizləmək üçün istifadə edilir. Mütəxəssislər deyir ki, ondan hazırlanan çay bir çox dərdin dərmanıdır.

Metbuat.az xəbər verir ki, dəfnə yarpağı çayından xalq təbabətində xəstəliklərin müalicəsində istifadə edirlər.

 Çayın tərkibi:

Bir ovuc dəfnə yarpağını öncə soyuq suda yuyun. Yuduqdan sonra yarım litr suda qaynadın və için. Dadı çox ağır gəlirsə, damaq zövqünüzə görə qaynadarkən içərisinə limon və ya fərqli meyvələr ata bilərsiniz. Acı dadını ortadan qaldırmaq üçün bal və darçın əlavə edə bilərsiniz.

Dəfnə yarpağı çayının faydaları nələrdir?

Bədəni tərlədərək qızdırmanı aşağı salır. Qrip, soyuqdəymə zamanı çayı olduqca faydalıdır. Həzm sistemi dərmanlarının hazırlamasında dəfnə yarpağından istifadə edilir. Antiseptikdir, sidikqovucudur. Bədəndən mikrobları atır. Həzmsizliyin qarşısını alır. Qastrit səviyyəsini aşağı salır. Qarında əmələ gələn qazı və şişkinliyi yox edir. Xanımlarda aybaşı pozğunluqlarının qarşısını alır. Hamilələrə və hamiləliiyinin son həftəsində olanlara az miqdarda bu çaydan içmək məsləhət görülür. Dəfnə yarpağı çayı doğum prosesini asanlaşdırır.

Aysel Yaqubqızı / Metbuat.az

Yüksək təzyiqi olanlar bu çaydan içsin - XALQ TƏBABƏTİ- Oxumaq üçün linkə tıklayın


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR