Çoxlu qarğıdalı yeyin

Ləzzətli dadı ilə bir çox yeməklərdə istifadə edilən qarğıdalı sağlamlığa faydalıdır.

Metbuat.az xəbər verir ki, qarğıdalı yüksək lif qaynağıdır.

Həzm sistemini üçün faydalıdır. Qəbizliyin qarşısını alır. Çəki atmaq istəyənlər qarğıdalı yesin. Hemoroid və mədəaltı vəzi problemi olanlar üçün olduqca faydalıdır. Anemiyanın (qanazlığı) meydana çıxma səbəblərindən biri də bədəndə B12 və folik turşusunun kifayət qədər olmamasıdır. Qarğıdalı qırmızı qan hüceyrələrinin ehtiyac duyduğu qidalarla zəngindir. Anemiya xəstəliyinin səbəb olduğu dəmir əksikliyinin qarşısını alır.

Aparılan araşdırmalara görə, qarğıdalı xüsusilə, xolestrol səviyyəsini tarazlaşdırır, ürək xəstəlikləri riskini azaldır. Ürək sağlamlığını qorumağın ən yaxşı üsullarından biri dəq arğıdalı yeməkdir. Qarğıdalı təzyiqi aşağı salır, infarkt və iflic riskini azaldır. Xüsusilə, sarı rəngli dənələrə sahib olan qarğıdalı beta-karotenlə zəngindir. A vitamini sağlam dəri və göz sağlamlığı üçün olduqca faydalıdır.

Qarğıdalı nişastası kosmetik vasitələrin istehsalında istifadə edilir. Dəri qızarıqlıqları zamanı faydalıdır.

Qeyd edək ki, həddindən artıq qarğıdalı yemək qanda şəkərin miqdarını artırır, çəki artımına səbəb olur.

Aysel Yaqubqızı / Metbuat.az

Ədviyyatlı qarğıdalının hazırlanması - RESEPT- Oxumaq üçün linkə tıklayın


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR