Bosniya və Herseqovina millisinin sabiq məşqçisi Elvir Baliç Azərbaycan klublarından təklif aldığını açıqlayıb.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə o, Türkiyə mətbuatına açıqlamasında deyib. Baliç bildirib ki, ötən il millidən ayrıldıqdan sonra Azərbaycan və Türkiyənin bəzi klublarından ona təkliflər göndərilib:
"Ancaq Azərbaycan klublarının göndərdiyi təkliflər diqqətimi çəkmədi".
Qeyd edək ki, E.Baliç futbolçu karyerası ərzində "Real, "Qalatasaray", "Fənərbağça", "Bursaspor" "Rayo Valyekano", "Konyaspor", "Ankaragücü, "İstanbulspor" klublarında oynayıb.
Milli.Az
Milli.Az