Ayaq göbələyindən bu üsulla xilas olun

Ayaqlarınızda qaşınma, qızarıqlıq, dəridə soyulma, dırnaqlarda qalınlaşma varsa, göbələk xəstəliyinin əlaməti ola bilər.

Metbuat.az xəbər verir ki, xalq təbabəti üsulları ilə bu problemdən xilas ola bilərsiniz.

Boğaz, ağız, diş infeksiyası və mədə yanması zamanı istifadə olunan soda yaxşı bir antiseptikdir.  Ayaq göbələyindən qorunmaq və müalicə məqsədi ilə ondan istifadə edilir. İsti suyun içərisinə soda əlavə edilir və su soyuyana qədər ayaq suda saxlanılır. Həftədə 1-2 dəfə bu metodu tətbiq etməklə göbələk xəstəliyindən xilas ola bilərsiniz.

Xalq təbabətində bir çox xəstəliyin müalicəsində istifadə olunan sarımsaq göbələyin müalicəsində də faydalıdır. Göbələyin müalicəsində istifadə olunan sarımsağın təzə və təbii olması vacibdir. Əzilərək suyu çıxarılan sarımsaq göbələkli bölgəyə tətbiq edilir. Bundan əlavə əzilmiş 250 qr sarımsaq bir litr alkoqolla qarışdırılıb günəş işığı olmayan yerdə 2 həftə saxlanılır. Hazırlanan qarışıq ayaq göbələyinin müalicəsində istifadə edilir.

Aysel Yaqubızı / Metbuat.az

Göbələk xəstəliyindən birdəfəlik xilas olmaq istəyirsinizmi? - Oxumaq üçün tıklayın



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR