Rusiya prezidenti Vladimir Putin 8 generalı istefaya
göndərib.
Publika.az “RİA Novosti”yə istinadən xəbər verir ki,
Vladimir Putin Daxişi İşlər Nazirliyinin, Fövqəladə Hallar
Nazirliyinin və Federal Penitensiar Xidmətin 8 generalının
vəzifədən azad olunması ilə bağlı sərəncam imzalayıb.
Məlumata görə, işdən çıxarılan generalların yerinə yeni təyinatlar
olub.
İstefaya göndərilən generallar:
1. DİN-in Baş Nəqaliyyat İdarəsi rəisinin müavini, polis
general-mayoru Andrey Andreyev.
2. DİN-in Nəzarət-Yoxlama İdarəsinin rəisi, general-mayor Yevgeni
Barikayev.
3. FHN-in Sverdlovsk üzrə baş idarəsinin rəisi, general-mayor
Andrey Zelenskiy.
4. DİN-in Kamerov ərazisi üzrə Baş idarəsinin rəisi, polis
general-leytenantı Yuri Larionov.
5. Tıva Respublikasının daxili işlər naziri, plis general-mayoru
Aleksandr Lobanov.
6. Federal Penitensiar Xidmətin Rostov ərazisi üzrə baş idarəsinin
rəisi, general-leytenant Serqey Smirnov.
7. DİN-in Kamerov ərazisi üzrə baş idarəsinin rəis müavini,
istintaq idarəsinin müdiri general-mayor Vladimir Şepelin
8. DİN-in İstintaq departamenti rəisinin birinci müavini,
general-leytenant Yuri Şin.
Asif