Bir neçə gün əvvəl Bodrumda bikinili şəkilləri çəkilən aktrisa Beren Saat həyat yoldaşı Kənan Doğulunun konsertini izləyib.
Milli.Az axşam.az-a istinadən bildirir ki, çimərlik geyimindəki fotolarından əsəbiləşən aktrisa paparassilərin kameralarına tuş gəlməmək üçün "gizlənpaç oynayıb".
Beren Kənanı səhnə arxasından izlədikdən sonra, jurnalistlərdən qaçmaq üçün çiçəklərin arasında gizlənib. Doğulu konserti zamanı cangüdənini paparassilərin yanına göndərərək Berenin şəkillərini silməsini istəyib.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində