"Maşın alışdı! Onları xilas etmək lazımdır! Tələsin!"

Bunu deyən kişi "Volqa"nın sürücü tərəfdə olan pəncərəsini açmağa çalışır. Lakin şüşə açılmır, çünki qəza nəticəsində mexanizm zədələnmişdi.

Belədə kişi avtomobildəki insanları xilas etmək üçün "Volqa"nın ön sağ şüşəsini təpiklə vurub sındırır və sürücünü dartıb çıxarır.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, olay Rostov-Bakı trasında yaşanıb.

"Lada" və "Volqa" avtomobillərinin toqquşması nəticəsində "Volqa" alışıb. "Volqa"dakı sürücü və sərnişinlər xilas ola bilməyiblər. Onlar diri-diri yana bilərdilər.

Yoldan ötən avtomobillərin sürücüləri özlərini çatdıraraq "Volqa"dakı adamları ölümdən qurtarıblar.

Olayın videosu YouTube-da yayılandan sonra həmin kadrları milyonlarla insan izləyib. Şərhlərin əksəriyyəti isə "O kişiyə halal olsun!" tiplidir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Azərbaycan yolundakı xilas əməliyyatı olayını milyonlar izlədi: "O kişiyə halal olsun!" - VİDEO - FOTOİnsanları yanan avtomobildən belə xilas etdilər