Azərbaycanda xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsilə cəlb olunması üçün dövlət büdcəsindən ayrılacaq vəsaitin məbləği açıqlanıb

16:17 8 Yanvar 2015
95 Digər
Ölkə mətbuatı
A- A+

[ 08 Yanvar 2015 16:15 ]


Bakı. Könül Kamilqızı - APA. Azərbaycanda xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsilə cəlb olunması üçün dövlət büdcəsindən ayrılacaq vəsaitin məbləğiı açıqlanıb.

 

APA-nın Maliyyə Nazirliyinin təqdim etdiyi “Vətəndaşın büdcə bələdçisi” kitabına istinadən verdiyi məlumata görə, Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında xüsusi qayğıya ehtiyacı olan (sağlamlıq imkanları məhdud) uşaqların təhsilinin təşkili üzrə İnkişaf Proqramı” üzrə respublikada xüsusi qayğıya ehtiyacı olan uşaqların qeydiyyatını apararaq təhsilə cəlb olunması işinin təkmilləşdirilməsi məqsəilə 0,3 milyon manat proqnozlaşdırılır.

 

Bu il təhsil xərcləri üçün 1711,2 milyon manat, 2014-cü illə müqayisədə 57,7 milyon manat və yaxud 3,5% çox vəsait ayrılıb. Təhsil xərclərinə ayrılan vəsaitin  dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 8,1% olacaq. Bu il dövlət büdcəsindən məktəbəqədər təhsilə 165,6 milyon manat, ümumi təhsilə 898,3 milyon manat, ilk-peşə ixtisas təhsilinə 34,3 milyon manat, orta ixtisas təhsilinə 44,6 milyon manat, ali təhsil 39,2 milyon manat, əlavə təhsilə 3,5 milyon manat, təhsil sahəsində digər müəssisə və tədbirlərin 525,7 milyon manat vəsait yönəldiləcək.

 

2015-ci ilin dövlət büdcəsindən ölkənin ali təhsil müəssisələrində kadr hazırlığının dövlət sifarişi əsasında və adambaşına maliyyələşmə prinsipi ilə həyata keçirilməsi xərcləri üçün 135,4 milyon manat, təhsil sisteminin informasiyalaşdırılması ilə bağlı olan xərclər üçün 18,8 milyon manat, ümumtəhsil məktəblərində oxuyan şagirdlərin pulsuz dərsliklərlə təmin olunması xərcləri üçün 8,5 milyon manat vəsait proqnozlaşdırılıb.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368429

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR