"İki gündür avtomobilimə benzin vurmuram"

Artıq 2 gündür ki, "Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 90 qəpik müəyyən olunub. 

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən millət vəkili Fazil Mustafa benzinin bahalaşmasının avtomobilinə təsirindən danışıb:

“Hələ ki, bahalaşmanı hiss etmirəm. İki gündür ki, heç yerə getmirəm deyə avtomobilimə benzin vurmuram. Ona görə də, bahalaşmanın təsirini hələ ki, hiss etməmişəm. İstifadə etsəm, yəqin ki, büdcəmə mənfi təsir edər”.

Dəmiryolunda qiymət artacaq? - AÇIQLAMA-Oxumaq üçün tıkla

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR