TQDK "Şagird-məzun" sistemi əlaqələndiricilərinə müraciət edib

17:07 8 Yanvar 2015
547 Digər
Ölkə mətbuatı
A- A+

[ 08 Yanvar 2015 17:04 ]


Bakı. Könül Kamilqızı - APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) "Şagird-məzun" sistemi əlaqələndiricilərinə müraciət edib. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, 2014/2015-ci tədris ilində XI sinif şagirdlərinin buraxılış imtahanı üç fənn üzrə keçiriləcək. Bütün şagirdlər Ana dili, Riyaziyyat və Xarici dil fənlərindən imtahan verəcəklər. Xarici dil fənninin tədris olunmadığı məktəblərin məzunları isə Kimya fənnindən imtahan verməli olacaqlar. 

Bununla bağlı olaraq, ümumtəhsil müəssisələrinin əlaqələndiricilərindən xahiş edilir ki, təhsil müəssisəsində tədris edilən xarici dili müvafiq bölmədə düzgün qeyd etsinlər. Xarici dil bölməsində "Tədris edilmir" qeydi olan şagirdlər buraxılış imtahanlarında xarici dil əvəzinə kimya fənnindən imtahan verəcəklər.

 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368439

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR