İrəvan Rusiyanın Ermənistanda rus dilinə rəsmi
statusunun verilməsi barədə təklifinə rədd cavabı verib. ABŞ
Suriyanın şimalında hərbi gücünü artırmaqdadır. ABŞ Hərbi-Dəniz
Qüvvələri Fars körfəzində lazer silahı sistemini (Laser Weapons
System) sınaqdan keçirib. ABŞ raket proqramı və “düşmən fəaliyyəti”
ilə əlaqədar olaraq İrana qarşı yeni sanksiyaları tətbiq etmək
niyyətindədir. İran parlamenti Yaxın Şərqdə “Amerika terrorizmi”
ilə mübarizə haqqında qanun layihəsini qəbul edib. Ukraynanın
şərqində yaradılan “Donetsk Xalq Respublikası” terror təşkilatının
başçısı Aleksandr Zaxarçenko “Malorusiya dövləti”nin yaradılmasını
elan edib.
Rusiya Azərbaycan və Ermənistan prezidentlərinin
görüşünü təşkil edəcək. Bu informasiya fonunda
Ermənistan prezidenti Serj Sarkisyanın erməni mediasına
müsahibəsində dediyi fikirlər diqqət çəkir. Erməni siyasi şərhçi
Sarkis Artsruni Sarkisyanın prezidentlərin görüşünə getmək
istəmədiyini yazır: “Onun müsahibədə dediyi fikirlər də bunu
göstərir. Lakin Sarkisyan bu görüşə getməyə məcburdur, çünki
Moskvanın təşəbbüsünü rədd edə bilmir”.
S.Artsruni əlavə edir ki, Rusiyanın təşəbbüsü Ermənistan üçün
yaxşı heç nə vəd etmir.
Prezidentlərin görüşü ilə bağlı MÜDHİŞ İDDİA: bu şərtlər Ermənistana diktə ediləcək
İrəvan Rusiyanın Ermənistanda rus dilinə rəsmi
statusunun verilməsi barədə təklifinə rədd cavabı
verib. Ermənistan parlamentinin xarici əlaqələr
komissiyasının sədri Armen Aşotyan “Sputnik” agentliyinə
açıqlamasında rus dilinin Ermənistanda rəsmi status almayacağını
bildirib.
“Rus dili bizim üçün ümumdünya əhəmiyyətli dildir. Amma bizim
çağırışlarımızda rus dilinə rəsmi dil statusunun verilməsi yoxdur
və olmayacaq”, - Aşotyan deyib.
O əlavə edib ki, Ermənistan vətəndaşlarının sürücülük
vəsiqələrinin Rusiyada tanınması üçün Rusiya tərəfi ilə danışıqlar
başqa formatlarda davam edəcəklər.
İrəvandan Moskvaya TƏRS ŞİLLƏ
ABŞ Suriyanın şimalında - PKK/PYD terror
təşkilatının nəzarətində olan bölgədə hərbi gücünü
artırmaqdadır. “Anadolu” agentliyi xəbər verir ki,
ABŞ hazırda bölgədə iki hava bazası və 8 hərbi məntəqəyə
sahibdir.
Haseke, Rakka və Münbiçdəki “əməliyyat nöqtələri”ndə ABŞ-ın
xüsusi təyinatlı qüvvələri yerləşir. Tel-Beyder ABŞ Müdafiə
Nazirliyinin (Pentaqon) bölgədə qurduğu 8 hərbi məntəqədən ən
yenisidir.
Münbiçdə iki hərbi məntəqədə yerləşən qüvvələr PKK/PYD-ni
Türkiyənin dəstəklədiyi Azad Suriya Ordusundan müdafiə edir.
ABŞ raket proqramı və “düşmən fəaliyyəti” ilə
əlaqədar olaraq İrana qarşı yeni sanksiyaları tətbiq etmək
niyyətindədir. Bu haqda jurnalistlərə Ağ Evin
nümayəndəsi bildirib.
O qeyd edib ki, sanksiyaların iki il əvvəl “altılıq” (BMT
Təhlükəsizlik Şurasının beş daimi üzvü və Almaniya –red.) və İran
arasında imzalanan Birgə Hərtərəfli İş Planı (SVPD) ilə əlaqəsi
yoxdur. Bu razılaşma çərçivəsində Vaşinqton Tehrana qarşı bir sıra
sanksiyaları ləğv edib.
“Yeni sanksiyalar nüvə razılaşması çərçivəsində ləğv edilmiş
sanksiyalar yenidən tətbiq olunası deyil”, - məmur deyib.
Ağ Evin nümayəndəsi həmçinin İranın “düşmən fəaliyyəti”ndən
nümunələr gətirib.
“İran ən böyük təhlükədir...” – Ağ Evdən YENİ PLAN
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Körfəz
turnesinə çıxır. Prezident 23-24 iyul tarixlərində
Səudiyyə Ərəbistanı, Qətər və Küveytə səfər edəcək. Səfərin əsas
məqsədi Qətər böhranının həllinə kömək etməkdir.
Xatırladaq ki, BƏƏ, Bəhreyn, Səudiyyə Ərəbistanı və Misir
terrorizmə dəstək verməkdə ittiham edərək iyunun 5-də Doha ilə
diplomatik əlaqələri kəsiblər.
Ərdoğan 5 gündən sonra ərəb dünyasını FƏTH EDƏCƏK
Rusiya ilə Türkiyə arsında aparılan S-400
sistemlərinin alınması üçün müzakirələr yekunlaşıb və imzaların
atılması an məsələsidir. Bu barədə Türkiyənin müdafiə
naziri Fikri Işık açıqlama verib.
O, bildirib ki, Rusiya ilə aparılan müzakirələrdə artıq bütün
maneələr dəf edilib və imzaların atılması mərhələsinə keçilib:
“S-400 mövzusu artıq son nöqtəyə gəlib. Görüşlər müsbət nəticələrlə
yekunlaşıb. Sadəcə imzalar atılmalıdır. Məsələ ilə bağlı hələ ki,
heç bir problemlə qarşılaşmamışıq”.
Məsələ ilə bağlı açıqlama verən Rusiya hərbi şirkətinin
nümayəndəsi Aleksandr Mixeyev razılaşmanın yaxın zamanda
imzalanacağı xəbərini təsdiq edib.
ABŞ Hərbi-Dəniz Qüvvələri Fars körfəzində lazer silahı
sistemini (Laser Weapons System) sınaqdan keçirib. Bu
barədə CNN telekanalı məlumat verib. Məlumata görə, bu, faktiki
olaraq dünyada ilk işlək lazer silahıdır.
LaWS sisteminin sürəti 50 min dəfə qitələrarası ballistik
raketin sürətindən artıqdır. ABŞ hərbçiləri şərti hədəf qismində
pilotsuz ucan aparatı seçiblər (PUA). Nəticədə qanadı alışan PUA
dənizə düşüb.
ABŞ Prezidenti Donald Tramp İranın 2015-ci ildən
nüvə sazişinin öhdəliklərini yerinə yetirdiyini qəbul
edib. Ağ Evin yaydığı informasiyaya görə, dövlət
katibi Reks Tillerson İranla əldə olunmuş sazişin yerinə
yetirilməsi ilə bağlı hesabatı Donald Trampa təqdim edib. Həmin
sənəd prezident tərəfindən Konqresə göndərilib.
ABŞ və İsrail İranın Suriyanın cənubunda gücünü
artırmasına imkan verməyəcək. Bunu jurnalistlərə
açıqlamasında Ağ Evin rəsmi nümayəndəsi Şon Spayser söyləyib. O,
Suriyada atəşkəsin İranın maraqlarına xidmət etməməsi gərəkdiyini
söyləyib.
Qeyd edək ki, bundan öncə İsrailin baş naziri Benyamin Netanyahu
Suriyadakı atəşkəsi dəstəkləmədiyini bildirib. O, ABŞ və Rusiyanın
əldə etdiyi atəşkəsin İranı Suriyada gücləndirəcəyini
vurğulayıb.
İran parlamenti Yaxın Şərqdə “Amerika terrorizmi”
ilə mübarizə haqqında qanun layihəsini qəbul edib.
Sənədə parlamentin 212 üzvü səs verib.
“Bu səsvermə Amerikanın hərəkətləri ilə mübarizədə İran xalqının
qətiyyətini sübut edir. Amerika administrasiyası mesajımızı aydın
anlamalıdır ki, İslam Respublikasına qarşı istənilən hərəkətə xalq
və parlament tərəfindən qəzəblə cavab veriləcək”, - parlamentin
spikeri Əli Laricani səsvermədən sonra bildirib.
Tehranın bu addımı ABŞ Senatının iyunun 15-də qəbul etdiyi
qərara cavab olub.
İran “Amerika terrorizmi”nə qarşı qanun qəbul etdi
Amerika Birləşmiş Ştatları İŞİD terror
qruplaşmasının daxilinə sızdırdığı kəşfiyyat üzvlərini geri
çağırıb. Keçən həftə Deyrezzor ərazisindəki
agentlərini geri götürən ABŞ federal agentliyi dünən də İraqın
Havis qəsəbəsindəki üzvlərini təhlükəsiz bölgələrə daşıyıb.
Amerika agentlərini havadan apardığı əməliyyatlar sayəsində
təhlükəsiz şəkildə toplayır.
ABŞ-ın kəşfiyyat məqsədilə agent göndərdiyi daha bir bölgə isə
Mosul şəhəri idi. Mosul terrorçulardan təmizləndikdən sonra ABŞ
hərbi helikopterlərinin şəhərə gəldiyi və İŞİD əsgərlərindən bir
neçəsini apardığı bildirilmişdi. Şəhər azad edildikdən sonra həmin
əsgərlərin əslində, ABŞ kəşfiyyat agentləri olduğu ortaya
çıxarıldı.
Qeyd edək ki, ABŞ rəhbərliyi altında Suriya və İraqda agentlik
fəaliyyəti göstərənlər Tunis, Küveyt kimi ölkələrdən gələn
miqrantlardır. Həmin gizli agentlər sayəsində koalisiya qüvvələri
İŞİD-in onlarla hərbi əməliyyatının qarşısını alaraq ona qalib
gəlib.
Moskva Rusiyanın ABŞ-dakı diplomatik mülkiyyətə
qoyulan həbsin götürülməsi barədə Vaşinqtonla “demək olar ki”
razılaşmaya nail olub. Bu barədə Rusiya Xarici İşlər
Nazirliyinin başçının müavini Sergey Ryabkova istinadən edən CNN
telekanalının müxbiri Cim Skuitto bildirib.
Dünən Vaşinqtonda Sergey Ryabkovla ABŞ dövlət katibinin siyasi
məsələlər üzrə müavini Tomas Şennon arasında konsultasiyaların
ikinci raundu keçirilib. Danışıqların əsas mövzusu Rusiyanın
diplomatik mülkiyyətinin qaytarılması olub.
Ukraynanın şərqində yaradılan “Donetsk Xalq
Respublikası” terror təşkilatının başçısı Aleksandr Zaxarçenko
“Malorusiya dövləti”nin yaradılmasını elan edib.
Zaxarçenko bu haqda jurnalistlərə bildirib.
Onun sözlərinə görə, yeni dövlətin yaradılması üçün keçid dövrü
3 il çəkəcək.
“Vəziyyət dalandadır. Biz ölkənin reinteqrasiyası planını təklif
edirik. Vətəndaş müharibəsini dayandırmaq üçün vəziyyəti müzakirə
etdik və nəticəyə gəldik ki, Ukrayna özünü baş tutmayan dövlət kimi
göstərdi. Kiyev rejimi vətəndaş müharibəsinə son qoymaq
vəziyyətində deyil. Vəziyyətdən çıxış yolu Malorusiya dövlətini
təsis etməkdir. Malorusiya müstəqil gənc dövlətdir”, - Zaxarçenko
deyib.
Qeyd edək ki, Kiyev “DXR” və “LXR”i (Rusiya onları “xalq
respublikaları” adlandırır –red.) tanımır, onların nəzarəti altında
olan əraziləri işğal edilmiş, hərbi gücləri isə terror qrupları
hesab edir.
“Malorusiya dövləti”nin yaradılması haqqında “DXR”
(“Donetsk Xalq Respublikası” – red)) terrorçularının başçısının
bəyanatı Moskvadan edilən zəngin nəticəsidir”. Bunu
Rusiya publisisti və analitiki Vladimir Qolışev “Obozrevatel”
nəşrinə açıqlamasında deyib.
“Ədəbsiz leksikanın tətbiqi ilə dişlərini göstərmək Kremlin
üsullarından biridir. Kvazidövlət olan “Donetsk Xalq Respublikası”
özünü daha gözəl adla adlandırmağa hazırlaşır. Zaxarçenko heç nəyi
həll etmir. Ona sadəcə Moskvadan zəng vurdular və ədəbsiz
leksikanın tətbiqi ilə nəsə etməyi əmr etdilər”, - o bildirib.
Kremldən zəng və barıt qabında... – Vaşinqtona TƏHLÜKƏLİ MESAJ
Ömər Dağlı
Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_tehlil/206683.htmlŞahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 0552252950 (Whatsapp)