Bir böyrəyini itirən 8 yaşlı Sərvanın o biri böyrəyi də təhlükədə - YARDIM

Bir böyrəyini itirən 8 yaşlı Sərvanın o biri böyrəyi də təhlükədə - YARDIM
14:34 21 İyul 2017
54 Digər
Ölkə mətbuatı
A- A+

Ötən ay sol böyrəyi çıxarılan 8 yaşlı Sərvan Ağalarlının sağ böyrəyi bir həftə ərzində təcili əməliyyat olunmalıdır. Vaxtında əməliyyat olunmazsa, uşaq ölə bilər.

 

Bu barədə Lent.az-a Sərvanın atası Qədir Ağalarlı məlumat verib. Onun sözlərinə görə, oğlunun birinci əməliyyatı iyunun 14-də Mirməmməd Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasında olub.

 

- Həkimlər Sərvana sol böyrəyin çürüməsi diaqnozu qoymuşdular. Təcili əməliyyat olunmalı, sol böyrək çıxmalı idi. Səhiyyə Nazirliyinin göstərişi ilə Sərvan Respublika Klinik Uroloji Xəstəxanasında pulsuz əməliyyat olundu. Sağ olsun, xeyli xeyirxah insanlar da maddi dəstək olmuşdu. Əməliyyatdan sonra həkim demişdi ki, sağ böyrəkdə daş var, müalicə almalıdır. Xəstəxanadan evə buraxılanda müalicə yazdı. Amma dərmanların köməyi olmadı. Böyrəkdəki daş dərmanlarla ərimədi, düşdü sidik kanalına. 3 gün əvvəl uşaq sağ böyrəyindən şikayət etməyə başladı, apardıq həkimə. Sən demə, daş sidik kanalını tutub, sidiyin bədəndən ifraz olunmağına mane olub deyə uşağın qanına zəhərlənmə keçib. Həkimlər təcili əməliyyat etdilər, daşdan yuxarı stend qoydular.

 

Hazırda uşağın ağrıları yüngülləşsə də, bu müvəqqətidir. Bir həftə ərzində sidik kanalındakı daş şok dalğaları ilə parçalanıb, bədəndən xaric edilməlidir. Əks halda böyrəyə taxılan stend çürümə verə bilər.

 

- Respublika Klinik Uroloji Xəstəxanasında uşaqlar üçün aparat yoxdu, ona görə də bizi gönərdilər özəl xəstəxanaya. Bu sabah qiymətlərlə maraqlandım. 800 manat əməliyyat, 400 manat isə sonrakı müalicə və stendin çıxarılması üçün gərək olacaq.

 

Ailənin maddi vəziyyəti əməliyyatın həyata keçirilməsinə imkan vermir. Azyaşlının ailəsinə yardım etmək istəyən xeyirxah insanlardan aşağıdakı nömrə ilə əlaqə saxlamalarını xahiş edirik. 

 

Yardım etmək istəyənlər üçün əlaqə nömrələri:

Qədir Ağalarov (atası):

055 568 65 71

077 600 07 08

 

 

Bank hesabı:

Azərbaycan Respublika Bankının “Sənaye” filialı

Kod-805603

Müxbir hesab – Az 03 NABZ – 013 501 000 000 000 02 944

VÖİN – 99 00001881

SWIFT – İBAZAZ 2X

Hesab nömrəsi: AZ 18 İBAZ 33 801 01 944 600 90 22 211

 

Qeyd edək ki, Sərvan və ailəsi ilə  bağlı Lent.az-ın əməkdaşı reportaj hazırlamışdı. Ailə artıq neçə ildir ki, dəmir konstruksiyada yaşayır. Çətin durumda yaşayan ailənin başçısı Qədir övladlarından ötrü əlindən gələni edir. Hətta yeni il süfrəsində yeməyə çörək olmadığı üçün və uşaqları üzgün görməsin deyə qızıl dişlərini çəkdirib pula çevirib və ailəsi üçün bazarlıq edib. Həmin reportajı buradan oxuya bilərsiniz.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/279653

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR