Baş toksikoloq 6 aylıq statistikanı AÇIQLADI

Baş toksikoloq 6 aylıq statistikanı AÇIQLADI
15:23 21 İyul 2017
Ölkə mətbuatı
A- A+

“Bu ilin 6 ayında Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə 565 müraciət olub”.

Publika.az xəbər verir ki, bu sözləri KTM-in Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib.

Onun sözlərinə görə, dərmanla zəhərlənmə ilə bağlı 241, dəm qazı ilə zəhərlənmə ilə bağlı 133, kəskin allergik reaksiyalarla bağlı 67, sirkə turşusu ilə zəhərlənmə ilə bağlı 52, spirtli içkilərdən zəhərlənmə ilə bağlı 56 nəfər qəbul edilib.
Baş toksikoloq bildirib ki, sirkə turşusu 1 xörək qaşığı qəbul olunduqda onun ciddi fəsadları olur: "Dərhal həkim müdaxiləsi olmazsa, bu ölümlə nəticələnə bilər. Bu il ərzində KTM-ə 41 nəfər ilan, 6 nəfər əqrəb sancması ilə bağlı müraciət edib. Bu say isə ötən ilin müvafiq dövrü ilə müqayisədə azdır".


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sehiyye/207038.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR