"BakuBus"dan avtobusda itən qızıl dolu oyuncaqla bağlı AÇIQLAMA

"BakuBus"dan avtobusda itən qızıl dolu oyuncaqla bağlı AÇIQLAMA
18:59 21 İyul 2017
65 Digər
Ölkə mətbuatı
A- A+

“BakuBus” şirkəti dünən 3 saylı marşrut avtobusunda Diana Vəliyeva adlı sərnişinin içində qızıl əşyalar olan oyuncağını itirməsi hadisəsi ilə bağlı açıqlama verib. Şirkətin mətbuat xidmətinin rəhbəri Mansur Piriyev Lent.az-a bildirib ki, şirkət olaraq “BakuBus" avtobusunun salonunda itirilmiş əşyalara görə cavabdehlik daşımırlar: “Bu, salonda quraşdırılmış lövhədə də göstərilib. Ancaq biz sərnişinlərimizin məmnuniyyətini qazanmaq üçün itirilmiş əşyaları aşkar edərkən onlara təhvil veririk. Hətta bununla bağlı qaynar xətt proqramında əlavə bölmə də yaradılıb. Ancaq təəssüf ki, bəzən avtobusda unudulan əşyaların digər sərnişinlərimiz tərəfindən götürülməsi hallarına da rast gəlmək olur. Bu zaman biz əşyasını itirən sərnişinə polisə müraciət etməsini tövsiyyə edirik. Polis orqanlarından daxil olan rəsmi sorğu əsasında əşyanın itirildiyi və ya digər sərnişin tərəfindən götürülməsi təxmin edilən vaxtın görüntüləri çıxarılaraq polis orqanlarına göndərilir. Bundan sonra isə artıq hüquq-mühafizə orqanları hadisəni araşdırıb qanunvericiliyin tələblərinə uyğun tədbirlər həyata keçirirlər”.

 

M.Piriyev əlavə edib ki, qeyd olunmuş hadisə ilə bağlı onlara hələ ki, rəsmi sorğu daxil olmayıb. Rəsmi müraciət daxil olarsa, məlumatlar və videogörüntülər polis orqanlarına təhvil veriləcək.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/279675

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR