Mahmud Abbas İsraillə bütün əlaqələri dondurdu

Mahmud Abbas İsraillə bütün əlaqələri dondurdu
23:59 21 İyul 2017
23 Digər
Ölkə mətbuatı
A- A+

Fələstin Dövlətinin prezidenti Mahmud Abbas televiziya ilə xalqa müraciət edib.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, çıxışı zamanı M.Abbas İsrail hökuməti ilə bütün əlaqələrin dondurulduğunu bəyan edib.

 

Fələstin lideri həmçinin BMT Təhlükəsizlik Şurasını Şərqi Qüdsdə müqəddəs yerlərin müdafiəsinə yönələn addımlar atmağa çağırıb.

 

Bu gün Qüdsdə Məbəd dağında yeni təhlükəsizlik tədbirlərinə etiraz edənlərlə polis arasında baş verən iğtişaşlar nəticəsində 3 fələstinli ölüb. Kütləvi iğtişaşlara "Əl-Əqsə" məsçidi yaxınlığında metal detektorlarının quraşdırılması səbəb olub.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/279690

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR