45 yaşlı qadının öd kisəsindən 200 daş çıxdı - FOTOLAR

45 yaşlı qadının öd kisəsindən 200 daş çıxdı - FOTOLAR
02:38 22 İyul 2017
82 Digər
Ölkə mətbuatı
A- A+

Çində həyata keçirilən əməliyyatda 45 yaşlı qadının öd kisəsindən çıxanlar həkimləri şoka salıb.

Publika.az xəbər verir ki, Çen adlı qadının öd kisəsindən irili-xırdalı 200-ə yaxın daş çıxarılıb. Həkimlərin ehtimallarına görə, buna qadının səhər yeməyinə biganə yanaşması səbəb olub.

Çində yaşayan Çen adlı qadın 10 il əvvəl qarın ağrılarından şikayət etməyə başlayıb. Uzun müddət həkimlərin tövsiyələrinə baxmayaraq, bıçaq altına uzanmaqdan yayınan qadın nəhayət, ağrılara tab gətirməyərək əməliyyata razı olub.

Əməliyyat zamanı 45 yaşlı qadının öd kisəsindən və qara ciyərindən 200-dən çox daş çıxarılıb. Həkimlərin sözlərinə görə, daşların bəziləri hətta yumurta böyüklüyündə olub.

Pərviz


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqlidunyasi/207095.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR