Bazar günü hava necə olacaq? - PROQZNOZ

Bazar günü hava necə olacaq? - PROQZNOZ
12:29 22 İyul 2017
70 Digər
Ölkə mətbuatı
A- A+

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkədə gözlənilən hava şəraiti ilə bağlı məlumat yayıb. Lent.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında havanın günəşli olacağı, axşam dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə  22-26° isti, gündüz  34-39° isti olacaq. Bakıda gecə  23-25° isti, gündüz  36-38° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi  754 mm civə sütunundan 758 mm civə sütununa  yüksələcək. Nisbi rütubət gecə 70-80%, gündüz 45-50% olacaq. Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 26-27°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda  27-28°, Türkan, Hövsan, Sahil, Şıxda  28-29° isti təşkil edəcək.

           

 

Azərbaycanın rayonlarında isə sabah hava şəraitinin yağmursuz olacağı, lakin axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 21-26° isti, gündüz 35-40° isti, dağlarda gecə 15-20° isti, gündüz 25-30° isti olacağı gözlənilir.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/279711

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR