Nazirlik hava şəraiti ilə bağlı xəbərdarlıq etdi - iyulun 26-dək...

Nazirlik hava şəraiti ilə bağlı xəbərdarlıq etdi - iyulun 26-dək...
13:09 22 İyul 2017
72 Digər
Ölkə mətbuatı
A- A+

Ekologiya və Təbii Sərvətlər nazirliyi qarşıdakı günlərdə gözlənilən hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib. nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, iyulun 24-dən 26-sı gündüzədək Bakıda və Abşeron yarımadasında şimal-qərb, şimal küləyinin arabir güclənəcəyi, havanın temperaturunun ötən günlərlə müqayisədə 3-5° aşağı enəcəyi gözlənilir.  

 

 

Ölkə üzrə gözlənilən hava şəraitinə gəlincə, iyulun 23-ü gündüzdən 25-dək bəzi rayonlarda qərb küləyinin arabir güclənəcəyi, əsasən şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə 2-4° aşağı enəcək.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/279712

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR