Bu insanlarla əlaqəni BİRDƏFƏLİK kəsin

Bu insanlarla əlaqəni BİRDƏFƏLİK kəsin
15:13 22 İyul 2017
97 Digər
Ölkə mətbuatı
A- A+

İnsan öz ətrafını özü seçir. Və yaxınlarımızın əhatəsində həyatımızı məhv edəcək biri olmamlıdır.

Publika.az xəbər verir ki, psixoloqlar aşağıdakı əlamətləri olan insanlardan uzaq durmağı məsləhət görüb.

1. Onlar həddən artıq xudbin olur. Eqoist insanlar sizin yanınızda sırf öz məqsədinə çatmaq naminə qalır. Öz mənfəətini əldə etdikdən sonra isə yoxa çıxırlar.

2. Sizinlə münasibətlərdə onlar çox şey istəyir və çox şey götürürlər, əvəzində isə heç nə vermirlər.

3. İstənilən, hətta ən əhəmiyyətsiz mübahisədə belə onlar özünün haqlı olduğunu sübut etmək və həmişə sizə qalib gəlməyə çalışırlar.

4. Onların insanlarla davranışları sizinlə təklikdə olan rəftarından fərqlənir.

5. Onlar özünü heç vaxt günahkar hesab etmir və istənilən halda qurbanı mövqeyini seçirlər.

6. Sizə təlqin edirlər ki, yalnız onlara inanmaq olar. Sizi dostlarınız və tanışlarınıza qarşı qaldırırlar.

7. Onlar öz davranışlarını sürətlə dəyişirlər: Bir anda xeyirxah və həssas, bir müddət sonra isə soyuq və acıqlı insan ola bilər.

8. Onlar istənilən məsələ üzrə tez-tez yalan danışır və bunu etiraf etməkdən imtina edirlər, həmçinin öz xarakterindəki çatışmazlıqları gizlədirək sizi çaş-baş salırlar.

Aytən


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqliinanc/207139.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR