Pentaqon: Rusiya və İran arasında tezliklə rəqabət başlayacaq

Pentaqon: Rusiya və İran arasında tezliklə rəqabət başlayacaq
08:04 23 İyul 2017
62 Digər
Ölkə mətbuatı
A- A+

Rusiya və İran Suriyada vəziyyətin stabilləşməsi işində müəyyən uğurlar əldə edirlər, lakin  məqsədləri fərqli olduğundan, onlar əvvəl-axır rəqabətə girəcəklər. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Cozef Danford deyib.

 

“Yekunda qeyd edim ki, Rusiya və İranın Suriyada məqsədləri fərqlidir. Onlar hələlik vəziyyətin stabilləşdirilməsinə dair müəyyən razılığa gələ bilərlər, lakin sonradan onların arasında rəqabət başlayacaq. Suriya rejimi ilə əlbirliyi tezliklə artıq müşahidə etməyəcəyik”, - deyə general təhlükəsizlik forumunda çıxışı zamanı qeyd edib.    


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/279760

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR