Şəkidə məktəb yanıb

Şəkidə məktəb yanıb
09:44 23 İyul 2017
55 Digər
Ölkə mətbuatı
A- A+

Şəkidə məktəbdə yanğın olub.

 

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, yanğın iyulun 22-i axşam saat 20 radələrində Şəki şəhərində fəaliyyət göstərən 10 saylı tam orta məktəbin ümumi sahəsi 60 kv/m olan anbarının çardaq hissəsində baş verib.

 

Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğın qısa müddət ərazində söndürülüb. Yanğın nəticəsində anbarın dam örtüyünün 2 kv/m-lik sahəsinin yanar konstruksiyaları yanıb. Yanğın zamanı xəsarət alan olmayıb.

 

Faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/279766

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR