Bakıda qonşular arasında DAVA: Xəsarət alan var

Bakıda qonşular arasında DAVA: Xəsarət alan var
10:37 23 İyul 2017
49 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda gənc oğlana qonşusu 5 bıçaq zərbəsi vurub.

Milli.Az report.az-a istinadən bildirir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Balaxanı qəsəbəsi, Həsən Əliyev küçəsində 1999-cu il təvəllüdlü Hüseynzadə Natiq Nizami oğlu qonşuluğunda yaşayan şəxslə mübahisə edib. Mübahisə nəticəsində onun bədənin müxtəlif nahiyələrinə 5 bıçaq zərbəsi vurulub. Ağır vəziyyətdə olan N.Hüseynzadə 3 saylı Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırmalara başlanılıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/criminal/565881.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR