SSRİ-nin ilk milyoneri öldü - FOTO

SSRİ-nin ilk milyoneri öldü - FOTO
16:09 23 İyul 2017
68 Digər
Ölkə mətbuatı
A- A+

SSRİ-nin ilk leqal milyoneri Artem Tarasov 67 yaşında vəfat edib.

 

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, A. Tarasov 1987-ci ildə SSRİ-də ilk kooperativlərdən birini yaradıb və 2 il sonra televiziyada ölkənin ilk leqal milyoneri olduğunu bəyan edib.

 

A. Tarasov 1990-cı ildə RSFSR-in deputatı seçilib, SSRİ-nin süqutundan sonra Böyük Britaniyaya miqrasiya edib. Daha sonra is Rusiyaya qayıdıb və Dövlət Dumasının ilk çağırışda deputatı seçilib. 1996-cı ildə prezident seçkilərində namizədliyini irəli sürsə də, qeydə alınmayıb. İnnovasiya İnstitutunun direktoru olan  A. Tarasov keçən il “Yabloko” Partiyasından deputatlığa namizəd olub.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/279793

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR