Kabildə terrorçu-kamikadze özünü partlatdı

Kabildə terrorçu-kamikadze özünü partlatdı
07:49 24 İyul 2017
52 Digər
Ölkə mətbuatı
A- A+

Əfqanıstanın paytaxtı Kabildə terrorçu-kamikadze özünü  partladıb.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, partlayış Əfqanıstan icra rəisinin ikinci müavini Məhəmməd Möhaqiqin evi qarşısında törədilib.

 

Hadisə nəticəsində azı 2 nəfər ölüb, 6 nəfər yaralanıb. Partlayışa görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.

 

Qeyd edək ki, hazırda Əfqanıstanda baş nazir postu mövcud deyil. 2014-cü il prezident seçkilərindən sonra Milli Birlik Hökuməti təşkil edilib. Məhəmməd Əşrəf Qani ölkə prezidenti, Abdulla Abdulla isə icra rəisi vəzifəsini tutub.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/279819

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR