Aydın Əliyev Ağcabədidə vətəndaşları qəbul edəcək

Aydın Əliyev Ağcabədidə vətəndaşları qəbul edəcək
10:39 24 İyul 2017
40 Digər
Ölkə mətbuatı
A- A+

Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev iyulun 28-də saat 10:00-da Ağcabədi şəhərindəki Heydər Əliyev Mərkəzində (Heydər Əliyev prospekti 217) bu bölgədən olan vətəndaşları qəbul edəcək.

Komitəsinindən Lent.az-a verilən məlumatına görə, qəbul zamanı bölgədə yerləşən- Ağcabədi, Beyləqan, Füzuli, İmişli, Laçın rayonlarının sakinlərinin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

Qəbulda iştirak etmək istəyən vətəndaşlar iyulun 27-si saat 10:00-dək "195" Çağrı Mərkəzi, Dövlət Gömrük Komitəsi (əlaqələndirici şəxs – Məmmədova Səbinə Xanlar qızı, əlaqə telefonu: (012) 404-22-00), Xudafərin Gömrük İdarəsi (əlaqə telefonu: (021) 222-24-84) ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.

Dövlət Gömrük Komitəsi vətəndaşların işə qəbulla bağlı çoxsaylı müraciətlərini nəzərə alaraq bildirir ki, gömrük orqanlarına xidmətə qəbul "Gömrük orqanlarında xidmət haqqında" Əsasnamə və Azərbaycan Respublikası Prezidentinin 12 noyabr 2010-cu il tarixli 349 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Gömrük orqanlarına xidmətə qəbul ilə əlaqədar müsabiqənin keçirilməsi qaydaları" əsasında test üsulu ilə həyata keçirilir. Qeyd edilən fərmana uyğun olaraq "Gömrük orqanlarında xidmət haqqında" Əsasnamənin tələblərinə cavab verən Azərbaycan Respublikasının vətəndaşları gömrük orqanlarında xidmətə qəbul üçün Dövlət Gömrük Komitəsinin internet saytına müraciət edərək elektron şəkildə ərizə daxil etməklə, test imtahanlarında iştirak edə bilərlər.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/279830

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR