Qida dəyəri yüksək olan səmizotunun bir çox xəstəliyə faydası var.
Metbuat.az xəbər verir ki, başda C, A vitamini olmaqla, tərkibi bir çox vitaminlə zəngindir.
Omeqa-3 ehtiyacının bir qismini qarşılayır. Səmizotunun faydaları nələrdir?
Ürəyi qoruyur
Xüsusilə, omeqa-3 yağ turşuları, “a-linolenik” turşusu, EPA, DHA, “qlutatyon”, “qlutamik” turşusu baxımından zəngin olan səmizotu ürək-damar sağlamlığını qoruyur.
Xolestrolu aşağı salır
Tərkibindəki vitamin və minerallar həm xolestrolun düşməsinə, həm də qan dövranının normada qalmasına yardımçı olur.
Böyrəkdəki qum və daşı əridir
Sidikqovucu və toksin təmizləyici xüsusiyyətinə sahib olan səmizotunun böyrəkdəki qumu və daşı əritdiyi deyilir.
Xərçəng xəstələrinə məsləhət görülür
Antioksidant təsirə malik olduğu üçün immunitet sistemini gücləndirir və xərçəng kimi xəstəliklərin müalicəsində istifadə edilir.
Qəbizliyin qarşısını alır
Yüksək miqdarda liflə zəngin olduğu üçün qəbizlik çəkənlərə məsləhət görülür.
Aysel Yaqubqızı / Metbuat.az