Xarici siyasət və beynəlxalq münasibətlər sistemi haqqında kitab çapdan çıxıb

Xarici siyasət və beynəlxalq münasibətlər sistemi haqqında kitab çapdan çıxıb
16:49 24 İyul 2017
54 Digər
Ölkə mətbuatı
A- A+

Siyasi elmlər üzrə fəlsəfə doktoru Elşən Nəsibovun "Xarici siyasət sistemi və beynəlxalq münasibətlər sistemi" adlı kitab çapdan çıxıb.
 
Lent.az-ın xəbərinə görə, əsərdə sistem, xüsusən də ictimai sistem anlayışı predmetin başlanğıcı  kimi qeyd olunur. Sistem və onu təşkil edən tərkib struktur elementləri arasında vəhdət prinsipləri izah edilir. 
 
Kitabda xarici siyasət və beynəlxalq münasibətlər anlayışlarının oxşar və fərqli məzmunu izah olunur. Xarici siyasət sistemi ilə beynəlxalq münasibətlər sistemi anlayışlarının tərkib elementləri və elementlər arasında şərtləndirici əsaslar təhlil edilir. Xarici siyasət sistemi müstəvisindən beynəlxalq münasibətlər sisteminin müstəvisinin formalaşmasının əsasları göstərilir.
 
Xarici siyasəti şərtləndirən və xarici siyasətdə cəmləşmiş vasitələr kimi istifadə olunan tərkib elementlərin əsasları şərh olunur. Dövlətin xarici siyasəti vasitəsilə öz maraqlarını təmin edən alətlər sistemi göstərilir. Xarici siyasətdə icraçı subyektlər və onların funksiyasının yönəldiyi, təyinat aldığı obyektlər sistemli şəkildə şərh olunur. 
 
Xarici siyasət və beynəlxalq münasibətlər sisteminin əsas xüsusiyyətləri, müəyyənedici və təyinedici funksiyası predmetin özəyini təşkil edir. Sistemin əsas və törəmə elementləri və onların baza və üst funksiyaları elmi nöqteyi-nəzərdən ümumiləşdirilir. 
 
Xarici siyasət sistemi və beynəlxalq münasibətlər sistemi anlayışları təhlilin obyektinə çevrilir, tərkib hissələr fərqləndirilir, sintez olunur, analizlər edilir və nəticələr çıxarılır. Nəticə etibarilə sistemin nəzəri konsepsiyaları formalaşdırılır, konseptual məzmun üzrə çıxarılır. Əsərdə diplomatiya və beynəlxalq təşkilatlar sisteminin analizinə də yer ayrılır. 
 
Kitab xarici siyasət və beynəlxalq münasibətlər sahəsində təhsil alan tələbə və magistrlər, eləcə də elmi əməkdaşlar üçün nəzərdə tutulur. Xarici əlaqələr sahəsində çalışan mütəxəssislərə də tövsiyə olunur.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/279865

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR