Respublikada müəllimlərin işə qəbulu üzrə müsabiqəyə çıxarılan vacant yerlərin sayı açıqlanıb.
Təhsil Nazirliyindən Publika.az-a verilən məlumata görə,ümumilikdə 7640 yer vakansiyaya çıxarılıb.
Təkcə Bakı şəhəri üzrə müsabiqəyı 515 vakant yer təqdim edilib.
Qeyd edək ki, işə qəbulu üzrə müsabiqəyə elektron ərizələrin qeydiyyatı iyulun 1-dən 14-dək aparılıb. 50 minə yaxın şəxs proqram təminatında qeydiyyatdan keçib, onlardan 47 mindən artıq şəxs müsabiqədə iştirak üçün elektron ərizələrini təsdiqləyib.
Bu il müəllimlərin işə qəbul üzrə təqdim edilən vacant yerlərin sayı əvvəlki illərə nisbətən daha çoxdur.
Bu il müəllimlərin işə qəbulu müsabiqəsində tətbiq olunan
yeniliyə əsasən ötən il keçid balını toplamış namizədlər yenidən
qeydiyyatdan keçərək, topladıqları bala uyğun vakansiya seçimi
mərhələsində iştirak edə bilərlər. Həmin namizədlər cari ildə
keçiriləcək müsabiqənin test imtahanı mərhələsində iştirak
etdikləri təqdirdə builki müsabiqənin nəticələri nəzərə
alınacaq.
Müəllimlərin işə qəbulu üzrə vakant yerlər və məktəblər barədə
məlumatı bu linkdən (http://www.edu.gov.az/upload/file/vakansiya/2017/vakansiya.pdf)
əldə edə bilərsiniz.
Gülxar