ABŞ S-400 raketləri almaq istəyən Türkiyədən açıqlama tələb edib

ABŞ S-400 raketləri almaq istəyən Türkiyədən açıqlama tələb edib
00:22 25 İyul 2017
155 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 24 iyul. REPORT.AZ/ Türkiyə Rüsiyadan S-400 zenit-raket kompleksini almaq niyyətinin səbəbini izah etməlidir.
"Report" xəbər verir ki, bunu Pentaqonun nümayəndəsi Ceff Devis deyib.
"Türkiyə NATO-nun müttəfiqidir və bizim müttəfiqlərimizlə münasibətlərimizin əsas məqamlarından biri də ondan ibarətdir ki, biz silahlanmamızın uyğunlaşmasını istərdik", - o əlavə edib.
Bundan əvvəl ABŞ silahlı qüvvələrinin qərargahlarının birləşmiş komitəsinin nümayəndəsi Cozef Danfor da Türkiyənin S-400 raketləri almaq ilə bağlı narahatlığını dilə gətirmişdi.
Xatırladaq ki, S-400 "Triumf" zenit raket sistemi taktiki və strateji təyyarələrin, ballistik raketlərin, hiper səs hədəflərinin və digər hava hücumu vasitələrinin zərərsizləşdirilməsi üçündür.
Hazırda Türkiyə S-400 raket kompleksi almaq ilə bağlı Rusiya ilə danışıqlar aparır. 

Xəbərin orijinal ünvanı: https://report.az/dc-2018/abs-s-400-raketleri-almaq-isteyen-turkiyeden-aciqlama-teleb-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR