Qazaxıstanın 6 tələbəsi Misirdə itkin düşüb

Qazaxıstanın 6 tələbəsi Misirdə itkin düşüb
12:12 25 İyul 2017
60 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 25 iyul. REPORT.AZ/ Qazaxıstanın 22-24 yaşlı altı vətəndaşı dil kurslarında təhsil almaq üçün Misirə gedib və yoxa çıxıb. 
"Report"un "Sputnik-Qazaxıstan"a istinadən verdiyi məlumata görə, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anuar Jaynakov məlumat verib.
Belə ki, Abılay xan adına Universitetin iki magistrantı iyulun 11-də iki aylıq dil kurslarını keçmək üçün Qahirəyə gəlib. 
"İyulun 20-də onlarla əlaqə kəsilib. 1993-1995-cu il təvəllüdlü cavanların altısı da itkin düşüb", - A.Jaynakov bildirib.
Onun sözlərinə görə, qazaxıstanlı diplomatlar gənclərin axtarışına başlayıblar. Qazaxıstan səfirliyi Misir Xarici İşlər Nazirliyinə onların yerlərinin təyin edilməsində yardım göstərilməsi xahişi ilə nota göndərib.

Xəbərin orijinal ünvanı: https://report.az/region/qazaxistanin-6-telebesi-misirde-itkin-dusub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR