Azərbaycanın diaspora qurumu Avropa Birliyində müzakirələrə dəvət olundu

Azərbaycanın diaspora qurumu Avropa Birliyində müzakirələrə dəvət olundu
14:49 25 İyul 2017
58 Digər
Ölkə mətbuatı
A- A+

Dünya Azərbaycanlıları Assambleyası Avropa İttifaqının Miqrasiya və Daxili İşlər Katibliyi tərəfindən Avropa İttifaqının miqrasiyası ilə bağlı qanunvericiliyi ilə bağlı müzakirələrində iştiraka dəvət olunub. Qurumdan Lent.az-a veriln məlumata görə, müzakirə mövzularını Aİ-da işçilər, tələbələr, iş adamları, şirkət təmsilçilərinin, QHT nümayəndələrinin gələcəkdə oturum hüququ əldə etmə hüquqlarını əhatə edir, gələcəkdə bu və ya digər kateqoriyalardan olanlara oturumların verilmə prosedurlarına əlavə və dəyişikliklərin edilməsi nəzərdə tutulur. Müzakirələr əsasən 3 aydan çox müxtəlif səbəblərdən Avropada qanuni yaşamaq istəyənlərin eləcə də ailə birləşimi (evlilik, ailə səbəbi ilə) üçün müraciət edənlərə qanunvericilik bazasının təkmilləşdirilməsinə yönələcək.
 
 
Məlumata görə, qanuni miqrasiya qanunvericiliyinin əsas amalı miqrasiya axının effektiv idarə olunması, eyni zamanda Avro İttifaqa üzv olmayan ölkələrin vətəndaşlarının bu ərazidə qanuni yaşayanlara ədalətli münasibətin göstərilməsi üçün hazırlanmışdır.
 
Qeyd edək ki, əlavə və dəyişikliklər əsasən Avropada işçi ehtiyacının təmin olunması, İttifaq üzvü olmayan vətəndaşların əmək istismarının qarşısının alınmasını da nəzərdə tutur.
 
Yaxın günlərdə Assambleyanın insan haqları, layihələr və beynəlxalq əməkdaşlıq komitəsi Avropa Miqrasiya və Daxili İşlər katibliyinə öz təkliflərini hazırlayıb göndərəcəkdir.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/279933

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR