Bakıda qəbul imtahanı verən 17 yaşlı abituriyent yoxa çıxıb – FOTO

Bakıda qəbul imtahanı verən 17 yaşlı abituriyent yoxa çıxıb – FOTO
18:04 25 İyul 2017
75 Digər
Ölkə mətbuatı
A- A+

 

İyulun 22-də Bakıda ali məktəbə qəbul imtahanı verən Neftçala rayon sakini, 2000 ci il təvəllüdlü Əliyev İbrahim Yaşar oğlu itkin düşüb. Lent.az xəbər verir ki, 1 ci qrupa imtahan verən gənc daha 2 gün bibisinin evində qalandan sonra səhər təxminən saat 07:15 də taksi ilə Neftçalaya yola düşüb. Lakin daha sonra ondan xəbər almaq mümkün olmayıb.

 

İbrahimin atası Yaşar Əliyev Lent.az-a bildirib ki, dünən oğlunu Neftçalada görənlər olub və axtarışlar davam etdirilir: “Biz polisə də müraciət etmişik. Dünən səhərdən etibarən uşaqdan xəbər ala bilmirik”.

 

İbrahimi görənlərdən və ya haqqında məlumatı olanlardan bu nömrələrlə əlaqə saxlamaları xahiş edilir:

 

 

+994(50) 727 96 16, +994(55) 907 52 69 (atası Yaşar)


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/279944

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR