Amerika gəmisi İranın hərbi gəmisinə atəş açıb

Amerika gəmisi İranın hərbi gəmisinə atəş açıb
20:09 25 İyul 2017
63 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ-a məxsus hərbi gəmi Fars körfəzində İran Hərbi Dəniz Qüvvələrinin gəmisinə xəbərdarlıq atəşi açıb. APA-nın xəbərinə görə,  bu barədə “Associated Press”ə  Pentaqondakı mənbə məlumat yayıb.

 

Məlumata görə, radio və yüksək səsli xəbərdarlıq siqnallarına məhəl qoymayan gəmi ABŞ-ın hərbi gəmisinə 137 metr yaxınlaşıb. Buna cavab olaraq, ABŞ gəmisi ona tərəf xəbərdarlıq atəşi açıb.

 

İran gəmisinin xəbərdarlıq atəşinə necə reaksiya verməsi barədə hələlik məlumat verilmir.  

 

Rəsmi Tehran insidentlə bağlı hələlik heç bir şərh verməyib. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/279948

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR