İyulun 26-da Azərbaycanın işğal altında olan Göyçə
şəhərində Ermənistanın nəqliyyat nazirinin keçmiş müavini ilə
vətəndaşlar arasında toqquşma baş verib.
Publika.az Ermənistan mediasına istinadən xəbər verir ki,
keçmiş müavin Valter Marutyan öz mühafizəçisi ilə birləşərək, 22
yaşlı Qrant Avetisyanı döyüb.
Məlumata görə, problem Marutyanın avtomobili ilə Avetisyanın
avtomobilinin toqquşmasından sonra başlanıb. Qəza nəticəsində heç
kim xəsarət almayıb, avtomobillər də ciddi zərər görməyib.
Toqquşma kiçik olduğu üçün sürücülər avtomobildən düşməyib. Lakin
bir gün sonra Marutyan 22 yaşlı Avetisyanı yanına çağırıb. Öz dostu
ilə keçmiş məmurun yanına gedən erməni gənc heç bir səbəb
göstərilmədən döyülüb, həmçinin, təhqir edilib.
Zərərçəkmişin anası deyir ki, “Marutyan özünü Sevanın (Göyçə) ağası
hesab edir”.
Ən maraqlısı isə döyülən gənclərin qisası olub. Belə ki, onlar
Marutyanın avtomobilinə böyük hərflərlə söyüş yazıblar. Söyüşün
əsas ünvanı isə Marutyanın arvadı olub. Lakin söyüşün Avetisyan
tərəfindən yazıldığını heç kim sübut edə bilmir.
Asif