Dünyada bitcoin-bankomatların sayı bir ay ərzində 7% artıb

Dünyada bitcoin-bankomatların sayı bir ay ərzində 7% artıb
20:42 27 İyul 2017
Ölkə mətbuatı
A- A+

Dünyada bitcoin-bankomatların sayı rekord templərlə artmağa davam edir. İyun ayında belə bankomatların sayı 7,4% (91 ədəd) artıb. Yeni bitcoin-bankomatlar əsas olaraq ABŞ, Kanada və Avstraliyada peyda olur.
Milli.Az banker.az-a istinadən xəbər verir ki, keçən ay ərzində ABŞ-da 55 bitcoin-bankomat quraşdırılıb ki, bu da dünyanın istənilən ölkəsində olduğundan çoxdur.
Kanada da iyun ayı ərzində bitcoin ilə əməliyyatlar həyata keçirmək üçün ATM-lərin sayı 9,2% və yaxud 15 cihaz artıb. Bu bankomatların 9-u Toronto şəhərində Instacoin şirkəti tərəfindən quraşdırılıb.
Avstraliyada isə artım 46% təşkil edir və 12 yeni bitcoin-bankomat quraşdırılıb. Bu bankomatların 11-i isə Avstraliyanın Cointed şirkəti tərəfindən təmin edilib.
Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/economy/567302.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR